Türkiyə Ukraynadakı müharibəyə münasibətini kökündən dəyişib - Səfir
Türkiyə Rusiyanın Ukraynaya qarşı müharibəsinin düzgün başa çatması ilə bağlı mövqeyini kökündən dəyişib. Ankara artıq nəyin bahasına olursa olsun sülhə can atmır.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Ukrinform”a müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bağlanması üçün çox səy göstərir. Lakin ötən ilin martından Ankaranın mövqeyi xeyli dəyişib.
“Hər şey humanitar atəşkəslər, “sülh hər şeydən üstündür” yanaşmalarından başladı, lakin indi Türkiyənin mövqeyində Ukraynanın ərazi bütövlüyü prinsipinə əməl olunmasının zəruriliyi ilə bağlı mövqeyi aydın görmək olar”, - diplomat bildirib.
Bodnarın sözlərinə görə, Türkiyə hakimiyyətinin son bəyanatları onların Ukraynanın bütün ərazilərini azad etməli olduğunu başa düşdüklərini göstərir.
"Bu kontekstdə təklif irəli sürülüb ki, Rusiya atəşkəs rejiminə ilk başlamalıdır və bu, qoşunların Ukrayna ərazisindən daha da çıxarılması üçün əsas ola bilər. Bu, dialoq üçün yollar tapmaq cəhdidir, lakin tətbiq etmək deyil. Bu, vasitəçi ölkənin təkliflərindən biridir”, - deyə səfir bildirib.
Turan İSMAYIL