Tramp Pxenyana nüvə silahı atmağı təklif edib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2017-ci ildə məxvi görüşdə Şimali Koreyaya qarşı nüvə silahından istifadə ideyasını müzakirə edib və zərbəyə görə başqa ölkəni günahlandıra biləcəyini irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə NYT jurnalisti Maykl Şmidt özünün “Donald Tramp ABŞ-a qarşı: Prezidenti dayandırmaq üçün mübarizə” kitabında yazıb.
Trampın bu sözləri ABŞ və Şimali Koreya lideri Kim Çen In arasında gərginliyin artması və Ağ Evin o vaxtkı Aparat rəhbəri Con Kellinin narahatlığına səbəb olub.
Tramp xəbərdarlıq edib ki, Şimali Koreya ABŞ-ı təhdid etməyə davam edərsə, “atəş, qəzəb və düzünü desək, bu dünyanın heç vaxt görmədiyi güclə üzləşəcək.
Xüsusilə, Tramp 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasında ilk çıxışını edərkən Kim Çen In hərbi təhdidlərini davam etdirəcəyi təqdirdə “Şimali Koreyanı tamamilə məhv edəcəyi ilə” hədələyib.
Həmin ayın sonunda Tramp tvitləri vasitəsilə Şimali Koreyanı qızışdırmağa davam edib.
Tunar Altunbay