Braziliya prezidenti ordunu Bolsonaronun tərəfdarlarından təmizləyir - FOTO

 21:58 13.01.2023     314

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin silahlı qüvvələrini son üsyanda maraqlı olan keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarından təmizləmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Da Silva etirazçıların prezident sarayına girməsinə icazə verdiyinə görə Braziliyanın hərbi polisini günahlandırıb. O vurğulayıb ki, onun hökuməti təhlükəsizlik komandasında keçmiş və ya indiki hərbçilərin yerinə dövlət qulluqçularının işə götürülməsi üzərində işləyir.

Qeyd edəkm ki, yanvarın 8-də Braziliyanın paytaxtında Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Tunar Altunbay

2222