Rusiya "Soledar" döyüşlərində "Vaqner"in rolunu etiraf etdi
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynanın Soledar şəhərinin tutulmasında "Vaqner" özəl hərbi şirkətinin silahlılarının iştirak etdiyini bildirib.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, şəhər bloklarına hücumu "Vaqner" tərəfindən uğurla həyata keçirilib.
Yanvarın 10-da qrupun təsisçisi Yevgeni Priqojin Soledarın "Vaqner" tərəfindən nəzarətə alındığını elan edib. Lakin yanvarın 11-də Rusiya Müdafiə Nazirliyi hava-desant bölmələrinin şəhərin şimal və cənub hissələrinin blokadaya alınmasında iştirak etdiyini açıqlayıb.
Bu gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri bir gün əvvəl Soledarı tam nəzarətə götürüblər. Priqojinin mətbuat xidməti "Vaqner"in "qələbəsini" oğurlamağa çalışdıqlarını bildirib.
Tunar Altunbay