Blinken Kuleba Ukraynaya yardımı müzakirə etdi 

 23:55 13.01.2023     303

ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynaya hərbi və iqtisadi yardım müzakirə olunub.

Dövlət katibi Amerika Birləşmiş Ştatlarının Ukraynaya davamlı və sarsılmaz dəstəyini vurğulayıb", - açıqlamada bildirilir.