Almaniyanın müdafiə naziri istefa verəcək

 10:33 14.01.2023     395

Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa vermək qərarına gəlib.

Redaktor.az "Bild" qəzetinə istinadla xəbər verir ki, o, Almaniya silahlı qüvvələrinin hazırkı vəziyyətinə görə son bir neçə ayda ciddi tənqidlərə məruz qalıb. 

"Bu, Kansler ofisinin yox, onun təşəbbüsüdür. İstefanın tarixi isə hələ məlum deyil. Onun yerinə kimin keçəcəyi ilə bağlı məsləhətləşmələr gedir".

Qəzet yazır ki, bu vəzifəyə Almaniya Silahlı Qüvvələri üzrə parlament komissarı Eva Hoql təyin oluna bilər. Digər təfərrüatlar isə məlum deyil.

Almaniya hökumətinin mətbuat xidməti isə mövzu ilə bağlı açıqlama verməyib. 

Nərmin VÜQARQIZI