Rusiya Xarkova "S-300" raketləri ilə hücum ETDİ

 10:47 14.01.2023     491

Bu gün səhər saatlarında Xarkovda silsilə partlayış səsləri eşidilib. 

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Xarkov meri İqor Terexov xəbəri təsdiqləyib. 

"Sənaye Məhəlləsinə dörd "S-300" raketləri atılıb", - Terexov deyib.

Ölən və yaralananlarla bağlı xəbər hələki yoxdur. 

Yerli teleqram kanallarının məlumatına görə, partlayışlardan dərhal sonra şəhərdə elektrik təchizatında problemlər yaşanıb, metro fəaliyyətini dayandırıb.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən