Litvada qaz kəməri partladı - VİDEO

 11:00 14.01.2023     359

Litvanın şimalında, Latviya sərhədi yaxınlığındakı Pasvalis rayonunda qaz kəmərində güclü partlayış baş verib.

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, partlayış nəticəsində xəsarət alan yoxdur.

Latviyanın müdafiə naziri Artis Pabriks "Twitter" səhifəsində insidentin səbəbinin araşdırılacağını və təxribat ola biləcəyini bildirib.

Qeyd edək ki, 1978-ci ildə tikilən boru kəmərində son vaxtlar təmir işləri aparılıb. 

Nərmin VÜQARQIZI