Rusların Ukraynaya vurduğu ziyanın həcmi açıqlandı

 10:54 14.01.2023     274

Ukraynanın mülki və kritik infrastrukturuna dəyən ziyan 127 milyard dolları ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin birinci müavini Emine Japarova bildirib.

Onun fikrincə, ölkənin bərpası "ən böyük investisiya layihələrindən biri" olacaq.

Japarova BMT Təhlükəsizlik Şurasının iclasında deyib:

“Ukrayna Avropanın ən böyük tikinti sahəsinə çevrilib və bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində ən yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradır”.

Nazir müavini həmçinin BMT dövlətlərini Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi “sülh formulu”nu dəstəkləməyə çağırıb. Onun fikrincə, o, "Ukraynaya və bütün dünyaya təhlükəsizlik və ədaləti qaytara bilər".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında Kiyevin təklif etdiyi sülh təşəbbüslərini tənqid edib. Onun fikrincə, Zelenskinin “sülh planı”nın reallıqla heç bir əlaqəsi yoxdur.

Tunar Altunbay