"İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi vəhşilik və qorxaqlıqdır" - Rişi Sunak

 12:05 14.01.2023     291

“İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.

Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.

O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.

Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmu çıxarıb. İranın Məhkəmə Sistemi sabiq nazir müavinin edam olunduğunu açıqlayıb.