Ermənistanda "Daşnaksutyun"un üzvü həbs olundu
Ermənistanda "Daşnaksutyun" partiyasının üzvü həbs olunub.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə "Daşnaksutyun"un Ararat Regional Komitəsinin üzvü Qarnik Manukyan iki ay müddətinə həbs edilib. Qərarı Artaşat məhkəməsi çıxarıb.