Britaniya da Ukraynaya tank göndərəcək

 12:50 14.01.2023     364

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya dərhal dörd “Challenger 2” döyüş tankı verməyə razılaşıb, sonra daha  səkkizi də göndəriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” tabloidi Dauninq-stritdəki mənbəyə istinadən yazır. Sunak bu barədə şənbə günü Ukrayna prezidenti Vladimir Zelenskiyə məlumat verəcək. 

Bu həftə Sunak Müdafiə və Təhlükəsizlik rəsmiləri ilə danışıqlar apararaq Ukraynaya tankların göndərilməsinin prioriteti olması lazım olduğunu bildirib. “The Sun”qəzeti yazır ki, həm baş nazir, həm də müdafiə naziri Ben Uolles Zelenskinin güclü lobbisindən sonra tank eskadronunu göndərmək qərarına gəlib.

"Baş nazir açıq şəkildə bildirib ki, Böyük Britaniya Ukrayna qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bura özünümüdafiə üçün kritik silahların verilməsi və döyüş meydanında qüvvələr balansının dəyişdirilməsi daxildir", - mənbə bildirib.

Avropalı müttəfiqlər, o cümlədən Fransa və Almaniya zirehli maşınlar göndərməyi vəd etdikdən sonra Böyük Britaniyanın təklifi Ukraynaya hərbi paketin bir hissəsi olacaq.

Tunar Altunbay