Partlayışda böyük zərər görən Krım körpüsü açıldı

 13:39 14.01.2023     387

Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti təmirdən sonra sonra bərpa edilib.

Redaktor.az xəbər verir ki, bu barədə şənbə günü Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün saat 12:10-da təmir-bərpa işləri ilə əlaqədar əvvəllər dayandırılmış Krım körpüsü ilə avtomobillərin və avtobusların hərəkəti bərpa edilib", - məlumatda deyilir.

Qeyd edək ki, sözügedən körpü ukraynalılar tərəfindən bir neçə ay əvvəl partlayışa məruz qalaraq  xeyli zərər görüb.

Tunar Altunbay