Rusiyanın Xalq artisti müharibəyə qarşı çıxdığına görə teatrdan qovuldu

 13:51 14.01.2023     382

Rusiyanın xalq artisti Dmitri Nazarov A.Çexov adına Moskva İncəsənət Teatrından qovulub.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, xalq artistinin işdən qovulmasına səbəb onun Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxması olub.

"Dmitri Nazarov Moskva İncəsənət Teatrının bədii rəhbəri ilə söhbət edib və söhbət nəticəsində Nazarov və onun həyat yoldaşı Olqa Vasilyevanın işdən çıxarılmasına qərar verilib", - deyə teatrın ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Vadim Vernik RBK-ya bildirib.