Litvada Belarusdan gətirilən rekord sayda siqaret saxlanıldı

 15:24 14.01.2023     464

Litva sərhədçiləri son 20 ildə Belarusdan 2,6 milyon avrodan çox qaçaqmalçılıq yolu ilə gətirilən rekord sayda 672 min qutu siqareti saxlayıblar.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Litva Sərhəd Xidmətinin hesabatında deyilir.

Qaçaqmal qonşu Belarusdan Litvaya daxil olan 66 ton günəbaxan qranulları daşıyan qatarın yük vaqonlarında aşkar edilib.

Litva sərhədçiləri üçün 2022-ci il tütün qaçaqmalçılığının saxlanılması üzrə 20 ildə rekord il olub.

Sərhədçilərin səyi nəticəsində Belarusdan 4,322 milyon qutu qaçaqmalçılıq yolu ilə gətirilən siqaret qara bazara daxil olmayıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən