Rusiya Ukraynaya raketlərlə hücum etdi

 19:15 14.01.2023     155

Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.

Redaktor.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.