Rusiyaya qarşı sanksiyalar nəticəsiz qalıb - Ərdoğanın sözçüsü 

 20:15 14.01.2023     367

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsiz qaldığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində bildirib.

​O, həmçin qeyd edib ki, Türkiyə münaqişə tərəflərinə bərabər mövqedən yanaşır. Onun sözlərinə görə, Ankara Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Rusiyanın özündən çox Türkiyə iqtisadiyyatına ziyan vuracaq.

“Qərbin Rusiyaya qarşı indiyədək gördüyü tədbirlər effektli olmayıb. Onlar nə Rusiyanın hərəkətlərini dəyişdirdilər, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdilər", - Kalın qeyd edib.