İraq Türkiyə və İranla sərhədi möhkəmləndirir

 21:30 14.01.2023     414

İraq İran və Türkiyə ilə sərhəddə daxili qoşunların 6000-dən çox hərbçisini yerləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari məlumat verib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirmişik”, - deyə nazir “Al Hadath” telekanalına müsahibəsində bildirib. "İraqın sərhədləri qırmızı xəttdir və biz onun təhlükəsizliyini təmin etmək üçün heç bir şey dayandırmayacağıq", - daxili işlər naziri bildirib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar çəkilib və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar da alınıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən