Ukrayna münaqişəsi böyük razılaşma ilə başa çatacaq
Rusiya ilə Qərb arasında “böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişəyə son qoyulacaq.
Redaktor.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, əsas məsələ Rusiyanın Qərblə, ilk növbədə ABŞ-la yeni saziş bağlamaq istədiyi daha geniş geosiyasi mənzərədir.
“Əks halda müharibə uzun müddət davam edəcək, xərclər daha da artacaq, hər iki tərəfdən böyük itkilər olacaq. İstədiyimiz hər iki tərəf arasında neytral mövqeyimizi saxlamaq, onları bu müharibəni necə dayandırmaq barədə ciddi söhbət üçün bir araya gətirməkdir”, - Türkiyə rəsmisi bildirib.