Rusiyada məşhur bazarlardan biri yandı
Rusiyanın Samara vilayətində yanğın olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yanğın Samara vilayətinin Kinel şəhərindəki bazarda baş verib.
"Moskva vaxtı ilə saat 02:33-də Kinel şəhərincdə yanğınla bağlı məlumat daxil olub. Gələn bölmələr ərzaq bazarının yandığını müəyyən ediblər. Yanğının sahəsi 1500 kvadratmetrdir", - deyə məlumatda qeyd olunub.
Ölən və yaralananlar olmayıb. Yanğının söndürülməsinə 97 nəfər canlı qüvvə və 35 texnika cəlb olunub.
Tunar Altunbay