Peruda fövqəladə vəziyyət elan edildi
Peruda paytaxt Lima və bir sıra digər bölgələrdə fövqəladə vəziyyət elan olunub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “El Peruano” hökumət qəzetinin saytında dərc olunan fərmanda deyilir.
"Yanvarın 15-dən etibarən Puno, Kusko, Lima departamentlərində, müstəqil Kallao əyalətində, Apurimac departamentinin əyalətlərində 30 gün müddətinə fövqəladə vəziyyət tətbiq edilib", - deyə qeyd olunub.
Qeyd edək ki, ölkədə övlət başçısı Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edən etirazlar davam edir.