İçində 72 sərnişin olan təyyarə qəzaya uğradı

 10:45 15.01.2023     379

Nepalda təyyarə qəzası baş verib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, səbəbi hələlik məlum olmayan hadisə Pohkar hava limanı yaxınlığında olub.

Qəzaya uğrayan təyyarənin göyərtəsində 72 sərnişinin olduğu bildirilir. Hadisə yerində yanğın başlayıb.

Hazırda sərnişinlərin taleyi dəqiqləşdirilir, qəzanın detalları araşdırılır.