Dəhşətli təyyarə qəzası - 40 ölü, 2 yaralı -YENİLƏNİB

 13:56 15.01.2023     505

Nepalın Pohkar şəhərində baş verən təyyarə qəzasında 2 nəfərin sağ qaldığı üzə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS Pohkar hava limanındakı özəl mənbələrindən məlumat alıb.

Bildirilib ki, hazırda onların vəziyyəti ağırdır.

***

Nepaldakı təyyarə qəzasında ölənlərin sayı 40 nəfərə çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, onların cəsədlərinin qalıqları hadisə yerində aşkarlanıb.

Rusiyanın Nepaldakı səfirliyinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı da olub.

Tunar Altunbay