Ukraynada son sutkada 630 işğalçı MƏHV EDİLDİ- FOTO

 12:15 15.01.2023     270

Rusiya son sutka ərzində Ukraynada daha 630 hərbi qulluqçusunu itirib.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiyanın ümumi canlı qüvvə itkisi 115 290 nəfərə çatıb.

Həmçinin son sutkada Rusiya qüvvələrinə məxsus 2 tank, 10 zirehli döyüş maşını, 4 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Tunar Altunbay 

 

 

 

2