İsraildə partlayış -  1 hərbçi ölüb, 3 yaralı var

 12:30 15.01.2023     281

İsraildə hərbi hissələrdən birində partlayış baş verib.

Redaktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, hadisənin səbəbləri hələlik bəlli deyil.

Partlayış nəticəsində 1 hərbçi həyatını itirib, daha 3 hərbi qulluqçu isə xəsarət alıb.

Hazırda araşdırmalar davam etdirilir.