Nepalda matəm elan edildi

 14:12 15.01.2023     276

Nepalda baş verən faciəvi təyyarə qəzasına görə matəm elan edilib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət müvafiq qərarı imzalayıb.

Matəm sabah - 16 yanvar tarixində olacaq və 1 gün davam edəcək. Matəmlə bağlı dövlət qurumlarına tapşırıqlar verildiyi bildirilib.

Qeyd edək ki, Nepalın Pohkar şəhərində göyərtəsində 72 nəfər olan təyyarə qəzaya uğrayıb.