Ermənilər yenə Rusiyaya qarşı etiraza qalxdı
Ermənistanda Rusiyaya qarşı yenidən etiraz aksiyası keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Belə ki, "Bever" siyasi blokunun nümayəndələri Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasına gedən yolda toplaşıblar.
Fəallar aksiyanın Laçın dəhlizindəki vəziyyətə görə Rusiyaya qarşı etirazların davamı olduğunu bildiriblər.
Qeyd edək ki, ərazidə sonuncu aksiyada 65 etirazçı saxlanılmışdı.