Rusların Dneprdə öldürdüyü ukraynalıların sayı 29-a çatdı

 21:30 15.01.2023     311

Rusiya ordusunun Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 30-u xəstəxanadadır, 12-sinin vəziyyəti ağırdır. V.Rezniçenko 40-dan çox sakinin hələ də itkin hesab edildiyini vurğulayıb.