Rus milyarderlər Davosa buraxılmayacaq

 21:45 15.01.2023     288

Yanvarın 16-dan 20-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda rusiyalı iş adamları iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Tədbirdə 116 milyarderin iştirak edəcəyi bildirilir. Bu rəqəm 10 il əvvəllə müqayisədə 40% çoxdur. Ən böyük milyarderlər qrupunu ABŞ təmsil edəcək, bu ölkədən 33 iş adamı forumda iştirak edəcək.

Qeyd edək ki, Davos Forumu Dünya İqtisadi Forumu tərəfindən keçirilən siyasi və biznes elitasının nümayəndələrinin illik toplantısıdır.