Türkiyə İsveç və Finlandiyadan 130 terrorçunu istəyib
Türkiyə NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyadan 130 terrorçunun ekstradisiya edilməsini tələb edib.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyənin bu tələbini İsveç yerinə yetirməyib.
Ərdoğan, həmçinin vurğulayıb ki, İsveç küçələrində PKK tərəfdarlarının nümayişləri davam edir və Türkiyə bununla bağlı xəbərdarlıq edib.
“Amma təəssüf ki, PKK/PYD-nin nümayişlərinin dayandırılmasından söhbət belə getmir”, - Ərdoğan deyib.