“Hamı Rusiyanın üzərinə getsə də, biz bunu etmədik” - Ərdoğan

 23:30 15.01.2023     540

Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Muğlada gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyindən danışan Ərdoğan Qara dəniz taxıl dəhlizində problemi həll edən ölkənin Türkiyə olduğunu deyib.

“Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə getsə də biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq. Hətta o, gözəl təkliflə çıxış edib: “Sizin pulsuz göndərdiyiniz taxılı fabriklərimizdə una çevirib kasıb Afrika ölkələrinə istədiyiniz kimi göndərəcəyik” dedik”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.