2040-cı ilə qədər bütün uçuşları elektrik təyyarələri həyata keçirəcək

 02:38 16.01.2023     307

Qərb hökumətləri hava yollarının elektrik təyyarələrinə keçməsi üçün subsidiyaların həcmini artırmalı və bununla da atmosferə karbohidrogen emissiyalarını azaltmalıdır.

Redaktor.az xəbər verir ki, bu fikri “Financial Times” qəzetinə müsahibəsində İsveçin "Heart Aerospace" elektrik təyyarələrinin inkişafı üzrə startapının baş direktoru Anders Forslund deyib.

“Qaydaları qoyan hökumətlərdir. Aviaşirkətlərin iqtisadi stimulları olmalıdır. Bizə təkan lazımdır və bu təkan indi baş verməlidir”, - Forslund bildirib.

“Heart Aerospace” şirkətinin rəhbəri vurğulayıb ki, aviaşirkətlər daha çox qısamüddətli qazanc əldə etməyə yönəlib. O, əlavə edib ki, Norveç subsidiyalar sayəsində 2040-cı ilə qədər bütün daxili uçuşları elektrik təyyarələrinə keçirməyi planlaşdırır.

"Heart Aerospace" özü 2028-ci ilə qədər elektrik mühərriki ilə hərəkət edən 30 yerlik təyyarə buraxmaq niyyətindədir.

Bildirilib ki, "Microsoft"un karbon-mənfi strategiyasının bir hissəsi olaraq Xbox Series X və S konsollarına 20 dəfəyə qədər az enerji sərf edən Kapatma rejimi əlavə edilib.