Netanyahunun ofisinə şübhəli zərf göndərildi
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə yağla ləkələnmiş şübhəli zərf göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Zərfi alandan sonra əraziyə polislər çağırılıb.
Məlumata göə, zərfin üzərində yağlı maddənin izlərinin olduğu nəzərə alınaraq, onun təhlükəli ola biləcəyinə şübhə yaranıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli zərfə baxış keçirib və yoxlama üçün onu təhlükəsizlik xidmətinə təhvil veriblər.