Ukrayna artilleriyası ruslara dəhşət yaşatdı

 09:31 16.01.2023     435

Ukrayna aviasiyası son sutka ərzində düşmənin cəmləşdiyi ərazilərə 9 zərbə endirib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilib.

“Son sutka ərzində Ukrayna aviasiyası düşmənin cəmləşdiyi ərazilərə 9, onun hava hücumundan müdafiə sistemlərinə isə 2 zərbə endirib” - hesabatda deyilir.

Eyni zamanda, qeyd edilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri bir komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 6 ərazini, bir sursat anbarını və düşmənin bir elektron döyüş texnikasını vurub.

Turan İSMAYIL