Ölümə məhkum edilən yapon qadın yeməkdən boğulub öldü

 09:38 16.01.2023     449

Yaponiyada ölüm cəzasına məhkum edilən Miyuki Ueta adlı qadın həbsxananın yeməkxanasında qidadan boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Japan Times” yazır.

Yaponiya Ədliyyə Nazirliyinin məlumatına görə, ölən məhkum qadın 2009-cu ildə iki kişini qarət edib öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilibmiş. Lakin davamlı müraciətlər səbəbindən illərlə onun edamı gecikib.

49 yaşlı Ueta Xirosima həbsxanasında yemək yeyərkən yıxılıb və xəstəxanaya aparılıb. 

Həkimlər onun boğularaq öldüyünü bildiriblər.

Tunar Altunbay