Dneprdə ölənlərin sayı 36-ya çatdı - YENİLƏNİB
Rusiya ordusunun Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Redaktor.az "Novaya Gazeta Europe"a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbərliyi məlumat yayıb.
***
Ukraynanın Dnepr şəhərində ölənlərin sayı 35-ə çatıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, ölənlərdən ikisi uşaqdır.
Hadisə nəticəsində daha 39 nəfər xilas edilib, 75 nəfər isə yaralanıb.
Xatırladaq ki, yanvarın 14-də rus işğalçıları növbəti dəfə Ukraynaya kütləvi raket hücumu həyata keçirib.
"X-22" raketi Dneprdə doqquz mərtəbəli binaya düşüb.
Qeyd edək ki, hazırda xilasetmə və axtarış əməliyyatları davam edir.
Nərmin VÜQARQIZI