Əfqanıstanda qadın deputat öldürüldü

 10:06 16.01.2023     271

Əfqanıstanda keçmiş qadın deputat öldürülüb.

Redaktor.az BBC-yə istinadən bildirir ki, Mürsəl Nəbizadə 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirənə qədər deputat olub

Əfqanıstan polisi bildirib ki, keçmiş deputat və onun mühafizəçisi paytaxt Kabildəki evində güllələnib.

32 yaşlı Mürsəl Nəbizadə 2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan azsaylı qadın deputatlardan biri idi.

Bazar günü hücumda onun qardaşı və təhlükəsizlik işçisi yaralanıb.

Keçmiş həmkarları xanım Nəbizadəni ölkəni tərk etmək şansından imtina edən “Əfqanıstan üçün qorxmaz qəhrəman” kimi tərifləyiblər.

Taliban 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra qadınlar ictimai həyatın demək olar ki, bütün sahələrindən uzaqlaşdırılıb.

Kabil polisinin sözçüsü Xalid Zadran təhlükəsizlik qüvvələrinin insidentlə bağlı ciddi araşdırmalara başladığını bildirib.

Keçmiş millət vəkili Mariam Solaimanxil deyib ki, Mürsəlxanım Nəbizadə “həqiqi qabaqcıl – güclü, açıq sözlü, hətta təhlükə qarşısında belə inandığı şeyin tərəfində dayanan qadındır”.

"Əfqanıstanı tərk etmək şansı verilsə də, o, qalmağı və xalqı üçün döyüşməyi seçdi",- deyə Solaimanxil tviterdə yazıb.

Şərqi Nanqarhar əyalətindən olan xanım Nəbizadə 2018-ci ildə Kabildən parlament üzvü seçilib və Taliban hakimiyyəti ələ keçirənə qədər hakimiyyətdə qalıb.

O, parlamentin müdafiə komissiyasının üzvü olub, İnsan Resurslarının İnkişafı və Tədqiqatları İnstitutunda işləyib.

Tunar Altunbay