Ukraynada Rusiyanın daha 790 hərbçisi, 12 tankı MƏHV EDİLDİ

 10:15 16.01.2023     307

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 116080 (+790) nəfər canlı qüvvəsi, 3118 (+12) tank, 6204 (+21) ədəd zirehli döyüş maşını, 2099 (+5) ədəd artileriya sistemi,  438 (+1) reaktiv yaylım atəşi sistemi, 220 (+1) hava hücumundan müdafiə sistemi, 286 (+0) təyyarə, 276 (+0) helikopter, 1872 (+0) PUA, 749 (+0) qanadlı raket, 17 (+0) gəmi, 4870 (+24) avtomobil texnikası və avtosistern, 190 (+3) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2