Zelenski yeni sanksiyalar elan etdi

 10:51 16.01.2023     317

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına və terrora kömək edən şəxslərə qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qərar verib. 

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, o, bu barədə dünənki videomüraciətində bildirib.

"Terrora haqq qazandıranlar, Rusiyanın təbliğat maşınını yağlayanlar, Moskvada Ukraynanı satmağa çalışanlardan ibarət 200-ə yaxın siyahı hazırlanıb” - Zelenski deyib.

Prezident qeyd edib ki, sanksiyaların geniş miqyasda - Avropa və dünyada işləməsini təmin etmək üçün Ukrayna əlindən gələni edəcək.

Nərmin VÜQARQIZI