Kiyevə heç vaxt "Tornado" qırıcıları verilməyəcək - Alman siyasətçi

 10:39 16.01.2023     283

Kiyev heç vaxt Berlindən Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnikin Almaniyadan tələb etdiyi istismardan çıxarılan “Tornado” qırıcılarını almayacaq.

Redaktor.az xəbər verir ki, bunu alman siyasətçisi Qauke Şuls deyib.

"Sizə heç vaxt "Tornado" verilməyəcək. Onlar bizi Almaniyada qoruyur və Rusiya ilə müharibəyə aparmayacaqlar”, - o, Tviterdə yazıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz alman "Leopard" tanklarını tədarük etməyə hazırlığını şərh edərkən, Almaniyanın Ukraynaya dəstək prosesində müttəfiqləri ilə hərəkətlərini koordinasiya etməyə davam edəcəyini və tələsik qərarlar qəbul etməyəcəyini söyləyib.

Xatırladaq ki, alman "Panavia Tornado" reaktiv qırıcıları 1970-ci illərin əvvəllərində hazırlanıb. Onlara quraşdırılmış elektronika 1980-ci ildən bəri qoşunlarda fəaliyyətə başlayandan bəri dəyişməyib. Xüsusilə, təyyarə dinləmələrdən qorunmur, məlumatların şifrəli ötürülməsi və “dost və ya düşmən” tanınması sisteminə malik deyil.

Turan İSMAYIL