Nepalda 68 sərnişinin öldüyü ağır təyyarə qəzasının GÖRÜNTÜLƏRİ
Nepalda son onilliklərin ən faciəvi təyyarə qəzası baş verib.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, Nepalın paytaxı Katmandudan turizm şəhəri Poxaraya uçan təyyarənin qəzaya uğraması nəticəsində ən azı 68 nəfər ölüb.
Bildirilib ki, hadisə iştirakçıları arasında sağ qalanların olması ehtimalı çox azdır.
Məlumata görə, təyyarənin göyərtəsində 72 sərnişin və ekipaj üzvü olub.
Qəzaya nəyin səbəb olduğu isə hələ də bəlli deyil.
Qeyd edək ki, Nepalın baş naziri bu gün milli matəm elan edib.
Nərmin VÜQARQIZI