Bu ölkədə təbii qazı plastik torbalarda daşıyırlar - VİDEO

 11:39 16.01.2023     356

Pakistanın Hayber Paxtunxva əyalətindəki Banda Davud Şah qəsəbəsində təsadüfən təbii qaz tapılıb.

Redaktor.az AA-ya istinadla xəbər verir ki, yoxsulluğun geniş yayıldığı bölgədə insanlar yaşadıqları şəhərdən çıxan qazdan canları bahasına istifadə edirlər. İmkansızlıq ucbatından yerli əhali təbii qazın hasilatı, nəqli və ölçülməsi üçün özlərinə qurğu yaradıblar. 

Yerli sakinlər “uçan şar” kimi görünən bu əyləncəli nəqliyyat üsulunun təhlükələrindən xəbərdardır. Bu səbəbdən bölgədə əvvəllər də çoxlu ölüm və yaralanmalar baş verib. Bununla belə, insanlar dəyərinə və yoxsulluq ölçülərinə görə 5-10 min Pakistan rupisi (təxminən 37-75 manat) dəyərində olan mətbəx boruları əvəzinə daha ucuz olan “uçan şarlara” üstünlük verirlər. 

Qeyd edək ki, Banda Davud Şah şəhərinin sakinləri təbii qaz öz torpaqlarına çıxdığı üçün pul ödəmirlər.

Nərmin VÜQARQIZI