Ruslar Maryinkada bütün canlıları öldürüblər - VİDEO

 11:37 16.01.2023     249

Rus işğalçıları Donetsk vilayətinin Maryinka şəhərində sağ heç nə qoymayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi (Stratkom) məlumat yayıb.

"Maryinka artıq yoxdur! Ən azı "Rus dünyası"nın gəlişindən əvvəl şəhərin mövcud olduğu formada... İşğalçılar 2021-ci ildə təxminən 9,5 min ukraynalının yaşadığı şəhərdə canlı heç nə qoymayıblar" - məlumatda deyilir.
Xatırladaq ki, ötən il noyabrın əvvəlində məlum olub ki, Donetsk vilayətinin Maryinka şəhərindən bütün sakinləri evakuasiya etmək mümkün olub.

Sonradan  Kuban kazaklarının batalyon komandiri Mixail Samorukov bu şəhərdə məhv edilib.

Bundan sonra ruslar şəhəri uzun müddət fasiləsiz raket atəşinə tutublar.

Tunar Altunbay