Paşinyan Davosa getməyəcək

 12:11 16.01.2023     218

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, belə bir səfər nəzərdə tutulmayıb.

Qeyd edək ki, Paşinyan Davos İqtisadi Forumunda yalnız 2019-cu ildə iştirak edib. 2022-ci ildə isə Ermənistanı prezident təmsil edib.

Nərmin VÜQARQIZI