“Cosa Nostra” mafiyasının rəhbəri 30 il axtarışdan sonra saxlanıldı

 13:20 16.01.2023     365

İtaliyada “Cosa Nostra” mafiyasının başçısı olduğu ehtimal edilən və 30 ildir beynəlxalq axtarışda olan Matteo Messina Denaro saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, 1993-cü ildən qaçaq həyatı yaşayan Denaro 30 il qaçdıqdan sonra Carabinieri del Ros tərəfindən həbs olunub .

Matteo Messina Denaro Palermodakı" La Maddalena" özəl klinikasında həbs edilib .

Baş nazir Giorgia Meloni “Cosa Nostra”nın başçısının həbsi xəbərini "mafiya qarşısında təslim olmadığını nümayiş etdirən dövlətin böyük qələbəsi " kimi şərh edib.

Tunar Altunbay