Əfqanıstanda 20 nəfər soyuqdan öldü

 13:33 16.01.2023     356

Əfqanıstanda son bir neçə gündə davam edən həddindən artıq soyuq və qarlı hava şəraiti nəticəsində azı 20 nəfər ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "TOLOnews" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, temperaturun aşağı düşməsi səbəbindən azı 4 min baş mal-qara da tələf olub, bir neçə min hektar kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.

Soyuqlar ölkə əhalisinin əhəmiyyətli bir hissəsi üçün təhlükə yaradır, çünki yerli sakinlərin əksəriyyətinin evlərini qızdırmaq imkanı yoxdur.

Bundan əvvəl BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi məlumat verib ki, həftə ərzində Əfqanıstanın bəzi bölgələrində havanın temperaturu 35 dərəcə şaxtaya enə bilər.

Tunar Altunbay