Molla rejimi 975 qadın məhbusu əfv etdi
İranda Məhəmməd peyğəmbərin qızı həzrət Fatimənin doğum günü münasibətilə 975 qadın məhbus azadlığa buraxılıb.
Redaktor.az xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi bildirib.
O bildirib ki, həbsdə olan 6 min qadına məzuniyyət verilib.
Qərara əsasən, İranın 15 əyalətində 502 məhbus azadlığa buraxılıb, 4 mindən çox məhbusun işində müxtəlif güzəştlər tətbiq olunub.
Qeyd edilib ki, son bir ayda 4 mindən çox məhbus azadlığa çıxıb.