Ukraynanı nə gözləyir? - Astroloqdan proqnoz

 14:41 16.01.2023     500

Fevral ayına yaxınlaşdıqca Ukraynada döyüşlər daha da artacaq.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, belə bir proqnozu astroloq Valentina Vittrok söyləyib. O, yanvarın 20-dək bütün dünyanın “ən təlatümlü dövrünü” keçdiyini qeyd edərək, Dnepr faciəsini və Nepaldakı təyyarə qəzasını xatırladıb: “Ölüm təkcə məşhur mədəniyyət və idman xadimlərini aparmır, həm də adi mülki şəxsləri aparır".

Onun sözlərinə görə, Mars aşağı sürətlə hərəkət edir - müharibədə irəliləyiş hələ də səngiyir, lakin o, artıq düz hərəkət edir, bu isə o deməkdir ki, fevral ayında açıq döyüşlər artacaq.

"Ukrayna ayağa qalxacaq və qalib gələcək" - deyə astroloq proqnozlaşdırır: "Özünüzün və yaxınlarınızın qayğısına qalın".

Daha əvvəl ekstrasens, kəşfiyyatçı və “Ekstrasenslər döyüşü”nün finalçısı Mariya Tixaya 2023-cü ilin yanvar və fevral ayları üçün Ukrayna üçün proqnoz verərək, onları təhlükəli dövrlər adlandırmışdı.

Turan İSMAYIL