Almaniya təyyarəsi Rusiya yaxınlığında -  Su-27 havaya qaldırıldı

 21:10 16.01.2023     380

Baltik dənizi üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşan Almaniya təyyarəsi aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın Su-27 qırıcısı Almaniya Hərbi Dəniz Qüvvələrinin R-3C "Orion" baza patrul təyyarəsini izləyib.

Məlumata görə, Rusiya sərhədində heç bir pozuntu qeydə alınmayıb.

Rusiya Müdafiə Nazirliyi qırıcının uçuşunun qaydalara uyğun həyata keçirildiyini və alman təyyarəsinə “təhlükəli yaxınlaşmağa” imkan verilmədiyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən