ABŞ rəsmisi Ukraynaya səfər etdi
Bu gün ABŞ dövlət katibinin müavini Vendi Şerman Ukraynaya işgüzar səfər edib.
Redaktor.az xəbər verir ki, o, Ukrayna baş naziri Denis Şmıqal və Prezident Ofisinin rəhbəri Andriy Yermakla görüş keçirib.
Şerman ABŞ nümayəndə heyəti üçün Ukraynanın Rusiyanın genişmiqyaslı işğalına qarşı müqavimətinə həsr olunmuş brifinqdə iştirak edib.
Yermak Şermanın rəhbərlik etdiyi nümayəndə heyətinə Rusiyanın təcavüzü nəticəsində Ukraynada və onun sərhədləri ətrafında baş verən əsas hadisələr barədə məlumat verib.